24 mart 2026. Çərşənbə axşamı

La Liqa prezidenti istefa verir


La Liqa prezidenti istefa verir

Xavyer Tebas İspaniyanın iki yüksək divizionunu özündə cəmləyən La Liqanın prezidenti vəzifəsindən istefa verməyi düşünür. 

Corner.az COPE radiosuna istinadən xəbər verir ki, bu addıma funksionerin vəzifə səlahiyyətlərindən sui-istifadəsi faktının mətbuatda işıqlandırılması səbəb ola bilər.  

Tebasın 2018-ci ildə hüquqi xidmətləri qarşılığında Sequnda təmsilçisi "Fuenlabrada"dan 130 min avro istədiyi, lakin gəliri bəyan etmədiyi bildirilir. 

Funksioner daha əvvəl oğlunun klubun idarə heyətinə daxil olduğunu açıqlayıb. Lakin həmin vaxt "Fuenlabrada" aşağı liqada çıxış etdiyindən, La Liqanın hüquqi səlahiyyətləri daxilində olmayıb.  

Qeyd edək ki, Xavyer Tebas La Liqanın 2013-cü ildən prezidentidir. O, 2019-cu ildə yenidən 4 il müddətinə bu vəzifəyə seçilib.(report)







İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi