- İspaniya L.L.
- 23:11 11.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
İspaniya kubokunun 1/8 mərhələsinin cavab oyunu çərçivəsində “Leganes”ə 0:1 hesabıyla məğlub olan “Real”ın baş məşqçisi Santiago Solari matçdan sonra açıqlama verib.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis zəif oyun göstərdiklərini bildirib: “Xüsusilə də birinci hissədə zəif oyun göstərdik. Bəzi futbolçuların vaxta ehtiyacları vardı. Biz növbəti mərhələyə yüksəldik, amma oyunumuz çox pis alındı. Bəzən yeni nələrsə sınayarıq, amma onlar alınmaya da bilər. Bu zaman biz doğru olanı seçməyə məcbur oluruq. Zəif tərəflərimiz çox deyil, sadəcə hücumçumuz yoxdur”.
Argentinalı mütəxəssis zədəli Kərim Benzamanın “Sevilla” ilə oyuna qədər sağalacağına ümid etdiyini də deyib: "Onun bu həftəsonu bizimlə olacağına ümid edirik. Bizim ona ehtiyacımız var. Ümid edirəm ki, o, növbəti oyuna qədər sağalacağ və bizə kömək edə biləcək”. (komanda.az)