18 avqust 2026. Çərşənbə axşamı

Messi Barselona'da qalmaq istəyir - Bartemou


Messi Barselona'da qalmaq istəyir - Bartemou

"Bunu yalnız mən demirəm, Messi özü də karyerasını "Barselona"da bitirmək istədiyini söyləyib".

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın prezidenti Xosep Bartomeu deyib. O, L.Messinin  Kataloniya klubunda qalmaq istədiyini bildirib:


"Heç şübhə etmirəm ki, o, 3-4 il sonra futbolçu karyerasını bitirəndə "Barselona"da olacaq. Messi bunu aydın şəkildə söyləyib. O, uşaqlıqdan bəri buradadır. Messi "Barselona"nın tarixinin bir hissəsi, ən yaxşı oyunçusudur. Messi "Barselona"dadır və burada qalmaq istəyir". (qol)







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib