29 iyun 2026. Bazar ertəsi

Atletiko koronavirus aşkarlanan futbolçularının adını açıqladı


Atletiko koronavirus aşkarlanan futbolçularının adını açıqladı
Məlumat verdiyimiz kimi, “Atletiko” klubunda iki nəfər koronavirusa yoluxmuşdu.
 
Corner.az xəbər verir ki, klubun rəsmi saytı daha öncə bu məlumatı açıqlasa da, onların kimliyini gizli saxlamışdı.
 
Məlumatda UEFA Çempionlar Liqasının Portuqaliyadakı final mərhələsinə yollanmazdan öncə verilən testlərdən ikisinin müsbət nəticələndiyi diqqətə çatdırılmışdı. Artıq onların kimliyi də bəllidi. “Atletiko”nun mətbuat xidmətinin ən son yaydığı məlumata görə, koronavirusa yoluxanlar futbolçular – hücumçu Anxel Korrea ilə müdafiəçi Şime Vrsalkodu. Onlarda virusun simptomlarına rast gəlinmədiyi bildirilir.
 
Qeyd edək ki, “Atletiko” avqustun 13-də 1/4 finalda Almaniya təmsilçisi “Leypsiq”lə üz-üzə gələcək.






İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"