13 avqust 2026. Cümə axşamı

Atletik'nin 6 futbolçusu koronavirusa yoluxdu


Atletik'nin 6 futbolçusu koronavirusa yoluxdu

 "Atletik Bilbao" klubunun 6 üzvü koronavirusa yoluxub.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçular və məşqçi heyətindən götürülən testlərdən 6-sının nəticəsi müsbət çıxıb. Yoluxanların adları açıqlanmayıb. Onların öz evlərində təcrid olunduğu bildirilib.

Komandanın avqustun 14-də yenidən testdən keçəcəyi qeyd edilib.







İspaniya L.L.