9 may 2026. Şənbə

Abidal Barselona'dan ayrılır?


Abidal Barselona'dan ayrılır?

"Barselona”nın idman direktoru Erik Abidalın klubdakı taleyi qeyri-müəyyən olaraq qalır.
 
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi avqustun 17-də keçiriləcək iclasda 40 yaşlı mütəxəssislə bağlı qərar verəcək.


Toplantıda E.Abidal mövsüm haqda rəhbərliyə ətraflı hesabat təqdim etməlidir. 

Xəbərdə o da qeyd olunub ki, E.Abidalın fəaliyyəti ilə bağlı uzun müddətdir mübahisələr gedir. Komandanın yeni transferlərinin uğurlu olmaması rəhbərlikdə fransalı idman direktoru ilə bağlı şübhələr yaradıb. 


Xatırladaq ki, E.Abidal  2018-ci ildən “Barselona”da idman direktoru vəzifəsində işləyir. O, 2007-2013-cü illərdə futbolçu kimi bu komandada çıxış edib.(qol)







İspaniya L.L.

“Bu, “Real”a yaraşmır”
  • İspaniya L.L.
  • 21:28 08.05.2026
“Bu, “Real”a yaraşmır”