- İspaniya L.L.
- 22:56 22.11.2024
"Valensiya" klubu maliyyə problemi ilə üzləşib.
Corner AS nəşrinə istinadən xəbər verir ki, futbolçuların məvacibini ödəməkdə çətinlik çəkən "yarasalar" onlara pulun əvəzinə veksel təklif edib.
Bu, oyunçuların maaşlarını ala biləcəklərinin təminatıdır. Veksellərin 2021-ci ilin sentyabrından tez verilməyəcəyi bildirilib.
"Valensiya"nın koronavirus pandemiyası səbəbindən bütün gəlirlərindən məhrum olub. İş o yerə çatıb ki, klubun maliyyə direktoru İnma İbanyes şəxsən futolçularla görüşərək onlara maaş vermək iqtidarında olmadığını etiraf edib. Hətta La Liqa təmsilçisinin yaxın vaxtlarda müflis elan edilə biləcəyi gözlənilir.
Qeyd edək ki, "Valensiya" İspaniya çempionatında 2019/2020 mövsümünü 9-cu pillədə başa vurub.(report)