5 oktyabr 2026. Bazar ertəsi

Kumandan Barselona açıqlaması


Kumandan Barselona açıqlaması

Niderland millisinin çalışdırıcısı Ronald Kuman "Barselona"ya baş məşqçi təyin olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Corner.az "NOS"a istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Bəli, bu kluba qoşulmaq istərdim. Ancaq təyinatım barədə yalnız müqavilə imzaladıqdan sonra deyə bilərəm. O vaxta kimi isə istəsəm də,  bir şey danışmağım düzgün deyil".

Qeyd edək ki, Kataloniya təmsilçisinin Kumanla 2 illik müqavilə imzalayacağı bildirilir. Onun təyinatının bu gün və ya sabah açıqlanacağı gözlənilir.(qol)







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”