30 aprel 2026. Cümə axşamı

Barselona Messi deməkdir, qalmalıdır


Barselona Messi deməkdir, qalmalıdır

“Barselona”nın yeni baş məşqçisi Ronald Kuman komandadan getmək istədiyi bildirilən Lionel Messi barədə fikirlərini bildirib.

Corner.az goal.com-a istinadən xəbər verir ki, hollandiyalı mütəxəssis kapitanın hazırda məyus durumda olduğunu təsdiqləyib:

“Onun məyus olması məntiqlidir. Mən də “Bavariya”ya 2:8 uduzsaydım, kefim olmazdı. Belə məğlubiyyətdən sonra gülmək doğru olmaz. Messi daim qalib olmaq istəyir. Uduzanda isə qıcıqlanır. Bunu onunla işləyən hər kəs bilir. Mən Xosep Qvardiola ilə danışmışam. O dedi ki, Messi ilə işləmək əladır. Mən səbirsizliklə birgə fəaliyyətə başlayacağımız günü gözləyirəm.

Messi çox şeyə qadirdir və mən məşqçi kimi onun müsbət oyunçu keyfiyyətlərindən bəhrələnməliyəm. O, burada xoşbəxtdir və vacib biri olduğunu bilir. Messi karyerasını “Barselona”da başa vurmalıdır. “Barselona” Messi deməkdir”.(qol)







İspaniya L.L.

“Çempionlar Liqası arzularım yoxdur”
  • İspaniya L.L.
  • 23:01 28.04.2026
“Çempionlar Liqası arzularım yoxdur”
“Hər xəbərə cavab verə bilmərəm”
  • İspaniya L.L.
  • 22:01 27.04.2026
“Hər xəbərə cavab verə bilmərəm”
Levandovski "Barselona"dan ayrılacaq
  • İspaniya L.L.
  • 23:49 26.04.2026
Levandovski "Barselona"dan ayrılacaq