23 oktyabr 2024. Çərşənbə

Yeni komandanı Messi ilə qurmaq istəyirik


Yeni komandanı Messi ilə qurmaq istəyirik

“Barselona” klubunun idman direktoru Ramon Planes Lionel Messi barədə açıqlama verib.

Corner.az xəbər verir ki, klub rəsmisi 33 yaşlı futbolçunu heyətdə saxlamaq istədiklərini bildirib:

“Komandanın gələcəyini futbol tarixinin ən yaxşı oyunçusu Lionel Messi ilə birlikdə qurmaq istəyirik. Olanlardan nəticə çıxarmalıyıq. Onun ayrılma ehtimalını düşünmürük və Messiyə çox hörmətlə yanaşırıq. Gələcək perspektivli görünür, mən buna əminəm. Çünki çox sevdiyimiz “Barça”nı yenidən qurmağa hazır olan çox sayda gənc oyunçumuz var. Düzdür, heyəti gəncləşdirmək fikrindəyik. Lakin burada kuboklar qazanmış oyunçulara da hörmət edirik. Kapitanımızla klub arasında mübahisə yarana bilməz. Nə o, nə də “Barselona” buna layiq deyil. Komandanın güclənməsi üçün birlikdə çalışmalıyıq”.

Xatırladaq ki, argentinalı futbolçu ayrılmaq istədiyini Kataloniya təmsilçisinə bildirib.







İspaniya L.L.

Ayın futbolçusu adına namizədlər
  • İspaniya L.L.
  • 22:07 23.10.2024
Ayın futbolçusu adına namizədlər
Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi