15 may 2026. Cümə

Rakitiç Sevilya'ya qayıdır


Rakitiç Sevilya'ya qayıdır

“Barselona”nın futbolçusu İvan Rakitiç sabiq klubu “Sevilya”ya qayıtmağa yaxındır. 

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı  yarımmüdafiəçi yaxın günlərdə tibbi müayinədən keçəcək. Xorvatiyalı oyunçunun 2 illik müqavilə imzalayacağı gözlənilir.
 
Xəbərdə o da qeyd olunub ki, Kataloniya klubunun Rakitiçlə 2021-ci ilin yayınadək müqaviləsi olduğu üçün “Sevilya” qarşı tərəfə təzminat ödəməli olacaq.

Qeyd edək ki, İ.Rakitiç və Lionel Messi komandanın yeni mövsüm öncəsi ilk məşqində iştirak etməyiblər.

Xatırladaq ki, Rakitiç 2014-cü ildən “Barselona”da oynayır. O, 2011/14-cü illərdə “Sevilya”da çıxış edib.(qol)







İspaniya L.L.

 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı