5 oktyabr 2026. Bazar ertəsi

Messi Barselona'da qala bilər


Messi Barselona'da qala bilər

"Barselona"nın futbolçusu Lionel Messi komandada qala bilər. 

Corner.az xəbər verir ki, bu barədə 33 yaşlı hücumçunun atası Xorxe Messi "Deportes Cuatro" nəşrinə açıqlamasında bildirib. 

O, argentinalı futbolçunun daha bir mövsüm Kataloniya təmsilçisində qalmağı nəzərdən keçirdiyini təsdiqləyib. X.Messi "Barselona"nın prezidenti Xosep Bartomeu ilə görüşün çox yaxşı keçdiyini sözlərinə əlavə edib. 

Qeyd edək ki, Britaniya mətbuatı Lionel Messinin "Mançester Siti" ilə anlaşdığını yazıb.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”