24 noyabr 2024. Bazar günü

Kuman ilk oyunu buraxa bilər


Kuman ilk oyunu buraxa bilər

"Barselona"nın yeni baş məşqçisi Ronald Kuman La Liqanın ilk turunu buraxa bilər.

Corner.az "Cadena COPE"yə istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyası rəsmi oyunlarda niderlandlı mütəxəssisə ehtiyat oyunçular skamyasında oturmağa icazə vermir. Buna səbəb Kataloniya təmsilçisinin sabiq çalışdırıcısı Kike Setyenlə müqaviləni rəsmi olaraq ləğv etməməsidir. Bunun üçün klub ispan çalışdırıcıya təzminat ödəməldir.

Bu məsələ həll oluna qədər İspaniya Futbol Federasiyası Kumanı "Barselona"nın baş məşqçisi olaraq qeyd edə bilmir.

Xatırladaq ki, Kataloniya klubu La Liqada ilk oyununu sentyabrın 27-i "Vilyarreal"a qarşı keçirəcək.(qol)







İspaniya L.L.

Yamal komanda ilə məşq etmədi
  • İspaniya L.L.
  • 16:16 21.11.2024
Yamal komanda ilə məşq etmədi
Endrik "Real Madrid"i tərk etməyəcək
  • İspaniya L.L.
  • 15:28 21.11.2024
Endrik "Real Madrid"i tərk etməyəcək