24 mart 2026. Çərşənbə axşamı

Daha yaxşı oynayacağıma inanıram


Daha yaxşı oynayacağıma inanıram

"Baş məşqçinin bizdən istədiyi kimi pozitivlik və nikbinliklə çalışırıq. Yeni komandayıq, mövsüm ərzində iddialılar sırasında olmaq niyyətindəyik". 

Corner.az-ın məlumatına görə, bu fikirləri “Albasete” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov "Eldigitaldealbacete" nəşrinə açıqlamasında deyib. 

28 yaşlı yarımmüdafiəçi Sequndanın I turunda "Espanyol"a 0:3 hesabı ilə uduzduqları matçdan nəticələr çıxartmağa çalışdıqlarını bildirib. İsrafilov hazırkı durumu haqqında bunları söyləyib: "Özümü çox yaxşı hiss edirəm. Mövsüm yeni başlayıb, daha yaxşı oynayacağıma inanıram".

Oyunçu komandadakı mühitin müsbət olduğunu sözlərinə əlavə edib: "Komandaya gənc və çalışqan futbolçular qoşulub. Onların böyümək istədiklərini gördüm. Kollektivimiz möhtəşəmdir, yeni qoşulanlarla birlikdə böyük qrup yaratdıq".  

Qeyd edək ki, “Albasete” II turda sentyabrın 20-də evdə “Ponferradina” ilə qarşılaşacaq. Eddi İsrafilov koronavirus pandemiyası səbəbindən Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarında iştirak edə bilməyib. 







İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi