24 noyabr 2024. Bazar günü

Setyen Barselona'nı məhkəməyə verir


Setyen Barselona'nı məhkəməyə verir
 Kike Setyen “Barselona”nı məhkəməyə verəcək.
 
Corner.az xəbər verir ki, bu barədə 61 yaşlı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edib.
 
İspaniyalı mütəxəssis bir ay əvvəl müqaviləsini ləğv edən “Barselona”nı məhkəməyə verəcəyini açıqlayıb.
 
Setyen, onunla müqavilənin ləğv edilməsindən sonra təzminat almadığını və artıq bir aydır ki, “Barselona” rəhbərliyinin onunla əlaqə saxlamadığını bildirib. Təcrübəli mütəxəssis müqaviləsinin ləğvindən sonra haqlarını tələb etmək üçün keçmiş klubuna avqustun 26-da xəbərdarlıq etdiyini də deyib.
 
Setyen özü ilə yanaşı, üç köməkçisinin də haqlarını qanuni yolla tələb edəcək.
 
Qeyd edək ki, Setyen bu ilin yanvarından avqustuna kimi “Barselona”nı çalışdırıb. 






İspaniya L.L.

Yamal komanda ilə məşq etmədi
  • İspaniya L.L.
  • 16:16 21.11.2024
Yamal komanda ilə məşq etmədi
Endrik "Real Madrid"i tərk etməyəcək
  • İspaniya L.L.
  • 15:28 21.11.2024
Endrik "Real Madrid"i tərk etməyəcək