6 dekabr 2025. Şənbə

Suares Atletiko'nu seçməyinin səbəbini açıqladı


Suares Atletiko'nu seçməyinin səbəbini açıqladı

"Atletiko"nun yeni transferi Luis Suares Madrid klubunu seçməsinin səbəbi haqda danışıb.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu bununa bağlı deyib: "Barselona" məni satışa çıxaranda çoxlu zənglər və təkliflər gəldi. "Barselona" və "Real"la rəqabət apara biləcəyim bir komandaya keçmək istədim.

"Atletiko" həmişə çempionluq uğrunda sona qədər mübarizə aparan rəqabətçi bir komandadır və onlar üçün oynaya biləcəyim anı səbirsizliklə gözləyirəm. Komandaya irəliləməyə və vacib qələbələr qazandırmağa kömək etmək istəyirəm".

Qeyd edək ki, uruqvaylı futbolçu 2014-cü ildən "Barselona"da çıxış edirdi.Suares, Kataloniya klubunun heyətində ümumilikdə 283 matçda 198 qol vurub.







İspaniya L.L.