5 oktyabr 2026. Bazar ertəsi

Messi cəzadan sonra ilk dəfə milliyə çağırıldı


Messi cəzadan sonra ilk dəfə milliyə çağırıldı

Argentina millisinin DÇ-2022-nin seçmə mərhələsində Ekvador və Boliviya ilə keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb.

Corner.az xəbər verir ki, "Barselona"nın kapitanı Lionel Messi də yığmaya dəvət alıb.

Ötən il Amerika Kubokunun Çili ilə oyunundan sonra Cənubi Amerika Futbol Konfederasiyasını (CONMEBOL) tənqid edən 33 yaşlı hücumçu 3 ay müddətinə beynəlxalq matçlardan kənarlaşdırılmışdı. Messi həmin vaxtdan sonra ilk dəfə milliyə çağırılıb.

Qeyd edək ki, Argentina seçməsi oktyabrın 8-də evdə Ekvador, 5 gün sonra isə səfərdə Boliviya ilə qarşılaşacaq.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”