- İspaniya L.L.
- 22:56 22.11.2024
"Barselona" klubu 2019/2020 maliyyə ili üçün hesabatını açıqlayıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub ili 97 milyon avro ziyanla başa vurub. İtkilərin əsas səbəbi yerli və beynəlxalq turnirlərin koronavirus pandemiyasına görə ləğv edilməsi və ya təxirə salınması ilə əlaqədardır.
İspaniyada futbol yarışlarının bərpasından sonra azarkeşlərin stadionlara buraxılması qadağandır.
"Barselona"nın 2019/2020 mövsümü üçün ümumi gəliri 855 milyon avro, xərcləri isə 955 milyon avro təşkil edib. Əvvəlki mövsümlə müqayisədə gəlir 135 milyon avro (2018/2019 mövsümündə 990 milyon avro), xərclər isə 18 milyon (2018/2019 mövsümündə 973 milyon avro) avro azalıb.