- İspaniya L.L.
- 22:56 22.11.2024
“Atletiko”nun futbolçsu Luis Suares ötən ay “Barselona”dan ayrılarkən keçirdiyi hisslər haqda danışıb.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu bunları deyib:
“Çətin bir dövr idi. Bütün bunlardan keçərkən ağlayırdım. Olanlar məni çox incitdi. Sonda baş verənlərlə barışmalı oldum. Klubun hər kəsə uyğun bir həll yolu tapmalıyıq deyə verdiyi mesajla razılaşmadım. Heç kim dəqiqliklə nə olduğunu anlamır. Amma ən pis şey hər kəsdən ayrı məşq etmək idi. Çünki oyunlarda iştirak etməyimə icazə verilmədi. Həyat yoldaşım da mənim necə depresiyaya düşdüyümü görürdü”.
Qeyd edək ki, Luis Suares Madrid təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.