- İspaniya L.L.
- 22:56 22.11.2024
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen yeni müqavilə imzalamaq üçün güzəştə getməyə hazırdır.
Corner.az "Goal" nəşrinə istinadən xəbər verir ki, əvvəlcə illik 25 milyon avro istəyən 28 yaşlı qolkiper məbləği 18 milyona endirməyə razılaşıb.
Kataloniya təmsilçisi almaniyalı qapıçı ilə 2025-ci ilin yayına qədər müqavilə bağlamağı planlaşdırır. Onun hazırkı sözləşməsi mövsümün sonunda başa çatır
"Barselona" yeni şərtləri qəbul edərsə, Mark-Andre ter Ştegen dünyanın ən çox qazanan qapıçısı olmaqla yanaşı, Lionel Messidən sonra komandada ən çox maaş alan oyunçu olacaq. Messi hazırda illik 31 avro qazanır.
Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən "Barselona"da oynayır.