24 noyabr 2024. Bazar günü

Millimizin futbolçusu məhkəmədə ifadə verdi


Millimizin futbolçusu məhkəmədə ifadə verdi

2016-cı ildə "Eybar"da çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunan Azərbaycan millisinin və "Albasete"nin futbolçusu Eddi İsrafilov bu gün məhkəmədə ifadə verib.

Corner.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi məsələ ilə heç bir əlaqəsinin olmadığını söyləyib.

"Serxio həmişə "Whatsapp" qrupunda belə şeylər paylaşırdı. Bu da həmin videolardan biri idi. Enriç özünü göstərməyi xoşladığı üçün belə edirdi. Yəni bu, onun üçün normal haldır. Mənim həmin videonu yaymağım mümkün deyil. Çünki görən kimi silmişdim. Zərərçəkmişi başa düşürəm. Amma bu məsələ ilə heç bir əlaqəm yoxdur".

S.Enriç və A.Luna isə İsrafilovu günahlandırıblar: "100 faiz əminik ki, videonu Eddi yayıb. Çünki bunu yalnız ona göndərmişdik".

Qeyd edək ki, hazırda məhkəmə iclası davam edir. Azərbaycanlı futbolçunun günahı sübuta yetirilsə, onu 2 illik həbs cəzası gözləyir.







İspaniya L.L.

Yamal komanda ilə məşq etmədi
  • İspaniya L.L.
  • 16:16 21.11.2024
Yamal komanda ilə məşq etmədi
Endrik "Real Madrid"i tərk etməyəcək
  • İspaniya L.L.
  • 15:28 21.11.2024
Endrik "Real Madrid"i tərk etməyəcək