6 dekabr 2025. Şənbə

Real evdə, Barselona səfərdə uduzdu


Real evdə, Barselona səfərdə uduzdu
İspaniya La Liqasında 6-cı turun oyunlarına start verilib.
 
Corner.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

Turun açılış matçında “Sevilya” səfərdə “Qranada” ilə qarşılaşıb və minimal hesabla məğlub olub.
 
“Atletiko” bu turda səfərdə  “Selta”nın qonağı olub və inamlı qələbə ilə ayrılıb. “Real” öz meydanında “Kadis”lə münasibətlərinə aydınlıq gətirib və yeni mövsümdə ilk məğlubiyyətini qazanıb. “Barselona” səfərdə “Xetafe”nin qonağı olub və turu məğlubiyyətlə başa vurub.
 
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Vilyarreal” doğma meydanda “Valensiya”nı qəbul edəcək.
 
İspaniya La Liqası
6-cı tur
17 oktyabr
 
Qranada – Sevilya 1:0
Qol: Y.Herrero, 82.
 
Selta – Atletiko 0:2
Qol: L.Suares, 6. Karrasko, 90+5.
 
Real – Kadis 0:1
Qol: Lozano, 16.
 
Xetafe – Barselona 1:0
Qol: Mata, 56-pen.
 






İspaniya L.L.