8 may 2026. Cümə

Fati'dən yeni rekord


Fati'dən yeni rekord
 İspaniya La Liqasının 7-ci turu çərçivəsində keçirilən “Real”la matç “Barselona”nın hücumçusu Ansu Fati üçün əlamətdar olub.
 
Corner.az xəbər verir ki, gənc futbolçu “el-klasiko”nun tarixinə düşüb.
 
1:3 hesablı uduzan meydan sahiblərinin yeganə qoluna vuran futbolçu bu komandaların duellərində fərqlənən ən gənc oyunçu olub. O, 17 yaş 359 günlüyündə qol vurub. 
 
Bununla da Fati Raula məxsus rekordu yeniləyib. “Real”ın əfsanəsi 1995/96 mövsümündə “Barselona”ya qol vuranda 18 yaş 95 günlüyündə olub. Həmin matç 1:1 hesabı ilə başa çatıb.






İspaniya L.L.

“Bu, “Real”a yaraşmır”
  • İspaniya L.L.
  • 21:28 08.05.2026
“Bu, “Real”a yaraşmır”