5 oktyabr 2026. Bazar ertəsi

Sevilya uduzdu, Atletiko'dan qələbə


Sevilya uduzdu, Atletiko'dan qələbə
İspaniya La Liqasında 7-ci turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub. 
 
“Atletiko” öz meydanında “Betis”lə qarşılaşıb və inamlı qələbə qazanıb. “Sevilya” isə “Eybar”la ev oyununda minimal hesabla məğlub olub.
 
7-ci tur çərçivəsində mövsümün ilk “el klasiko”su keçirilib. “Barselona” öz meydanında əzəli rəqibi “Real”ı qəbul edib. Dörd qolun qeydə alındığı matç Madrid təmsilçisinin inamlı qələbəsi qazanıb.
 
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Vilyarreal” bu tur “Kadis” səfərinə yollanacaq.
 
İspaniya La Liqası
7-ci tur
23 oktyabr
 
Elçe – Valensiya 2:1
Qol: Pomares, 19. Fidel, 37 – Lato, 74.
 
24 oktyabr
 
Barselona – Real 1:3
Qol: Fati, 8 – Valverde, 5. S.Ramos, 63-pen. Modriç, 90.
 
Osasuna – Atletik 1:0
Qol: R.Qarsiya, 81-pen.
 
Sevilya – Eybar 0:1
Qol: Kike, 41.
 
Atletiko – Betis 2:0
Qol: Lyorente, 46. L.Suares, 90+1.






İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”