24 mart 2026. Çərşənbə axşamı

Tottenhem'ə qayıtmaq üçün çox yaşlıyam


Tottenhem'ə qayıtmaq üçün çox yaşlıyam
"Real”ın xorvatiyalı  futbolçusu Luka Modriç sabiq komandası “Tottenhem”ə mümkün qayıdışı haqda açıqlama verib.
 
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi, sabiq komandasına qayıtmasının mümküm ola bilməyəcəyini bildirib:
 
“Tottenhem”ə qayıtmaq üçün çox yaşlıyam. Bu ili “Real”da keçirəcəm, daha sonra nə olacaq, görəcəyik. Özümü yaxşı hiss edirəm və daha bir neçə il futbol oynaya bilərəm. Növbəti ünvanım hara olacaq? Həqiqətən, bilmirəm. Hazırda bütün diqqətim “Real”dadır və bütün titulları qazanmaq istəyirik”.
 
Qeyd edək ki, Modriçin “Real”la müqaviləsi 2021-ci ilin yayına qədərdir. O, 2008-2012-ci illər aralığında “Tottenhem”də çıxış edib.






İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi