- İspaniya L.L.
- 22:56 22.11.2024
Ötən gün “Barselona”dan istefa verən Xosep Bartomeu klubdan ayrılmasından danışıb.
Corner.az “Marca”ya istinadən xəbər verir ki, 57 yaşlı sabiq klub rəhbəri "Barselona"nın yeni səhifə açması üçün vəzifəsindən getdiyini bildirib:
“Tito Vilanovanın ölümündən sonra Sandro Rosellin haqsız yerə həbs olunmasını da gördük. Bəzi media orqanları bizi həddindən çox və sərt tənqid etdilər. İndi istəyirəm ki, “Barselona”nın yeni səhifəsi açılsın. Sağ-salamat qalın. Yeni prezidentə hər şeyin ən yaxşısını diləyirəm və “Barsa”nı uzaqdan görmək istəyirəm. Dünyanın ən yaxşı klubu olan “Barselona”nın gələcəyi ilə bağlı qərarı klub üzvləri verir. Direktorlar şurasının niyyəti “Barselona”nı dünyanın ən hörmətli və sevilən klubuna çevirmək idi. Biz bu hədəfə çatmaqdan da artığını etdik.
Ölkə və klub üçün ən çətin vaxtlardan birində “Barselona”nı idarə etməli idik. Biz həmişə qərarlar qəbul edərkən hüquqların və söz azadlığının qorunmasını dəstəkləyirdik”.
Qeyd edək ki, Bartomeu 2014-cü ilin yanvarından "Barselona"nın prezidenti idi.(qol)