- İspaniya L.L.
- 22:56 22.11.2024
“Real”ın baş məşqçisi Zinəddin Zidan Avropa Premyer Liqasının yaradılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis bunları deyib:
“Bu barədə danışıqları eşitdim. Amma istirahət etmədən bu qədər oyunlar keçirməklə kiffayət qədər narahatlığım var. Qələbədən zövq almağa belə vaxtım yoxdur. Fikrimizi növbəti oyuna yönəltmək çox vacibdir. Həm mən, həm də futbolçularımız hər matça son oyunumuz kimi yanaşırlar. Düşüncələrimizdə də belə hisslər olmalıdır. Həyatda hər şey ola bilər. Əylənməliyik, sonra digər yarışlarda nə baş verdiyini düşünəcəyik”.
Bundan əvvəl “Liverpul” və “Mançester Siti” də daxil olmaqla İngiltərə, Almaniya, İspaniya, İtaliya və Fransadan 10-dan çox klubun Avropa Liqası adlı bir çempionatın yaradılması üçün danışıqlar apardığı məlum olmuşdu. Təşkilatçılar FİFA-nın dəstəyi ilə 16-18 komandanın iştirakı nəzərdə tutulan turnirə 2022-ci ildə start verməyi planlaşdırırlar.(qol)