- İspaniya L.L.
- 21:39 05.12.2025
“Barselona” ciddi maddi problemlə üzləşib.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, rəhbərlik futbolçuların maaşlarını azaltmayacağı təqdirdə, Kataloniya təmsilçisi müflis ola bilər.
Buna görə də oyunçuların ümumilikdə 171 milyon funt-sterlinq məbləğində məvaciblərdə endirim etməsi lazımdır. Komandanın heyətində həftədə 500 min funt-sterlinq qazanan Lionel Messi və 294 min funt-sterlinq alan Antuan Qrizmann kimi futbolçular başda olmaqla bütün oyunçuların maaşlarında güzəştə getmələri gözlənilir.
“Barselona” koronavirus pandemiyasından əvvəl qazandığı 940 milyon funt-sterlinqin 60 faizini futbolçulara ödəyib. Pandemiyadan sonra gəlirlərin məbləği 746 milyon funt-sterlinqə düşüb. Oyunçuların maaşları isə bu qazancın 80 faizini əhatə edir.
Qeyd edək ki, “Barselona”nın futbolçularından yalnız Mark-Andre ter Ştegen, Frenki de Yonq, Kleman Lanqle və Jerar Pike məvaciblərinin azadılması ilə razılaşmışdılar.