- İspaniya L.L.
- 21:39 05.12.2025
"Barselona"nın baş məşqçisi Ronald Kuman hakimləri tənqid etdiyinə görə uzun müddətə diskvalifikasiya edilə bilər.
Corner.az xəbər verir ki, bu barədə bildirib.
Nəşrin yazdığına görə, La Liqa ölkə çempionatının “Real Madrid”ə qarşı oyundan (1: 3) sonra hakimlər barəsində VAR sisteminin Kataloniya təmsilçisinə qarşı davamlı fəaliyyət göstərdiyini elan edən 57 yaşlı mütəxəssisə qarşı iş açıb.
İntizam kodeksinə əsasən, rəsmi şəxslər istənilən hakimin və ya İspaniya Kral Futbol Federasiyası (RFEF) orqanlarının dürüstlüyünü və qərəzsizliyini şübhə altına qoymaq hüququna malik deyillər.
Niderlandiyalı mütəxəssisi 2-12 matçlıq diskvalifikasiya və 3 min avroya qədər cərimə gözləyir.