6 dekabr 2025. Şənbə

Barselona ildən-ilə geriləyir - Pike


Barselona ildən-ilə geriləyir - Pike

"Barselona"nın futbolçusu Jerar Pike klubdakı dəyişikliklərlə bağlı fikirlərini bölüşüb.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi Kataloniya təmsilçisində zəruri olan bir çox dəyişikliyin baş verdiyini deyib:

"Vəziyyəti kökündən dəyişdirməliyik. Enişdə olduğumuz açıq idi. Klub ildən-ilə geriləyir. Çox vaxtımız yoxdur, ancaq inkişafa ehtiyacımız var. "Barselona"da keçid dövrləri yoxdur, həmişə qazanmaq lazımdır. Prezident seçkiləri ərəfəsində yeni rəhbərlik gələcək və tədricən dəyişikliklər görəcəyik".

Qeyd edək ki, "Barselona"nın prezidenti Josep Maria Bartomeu istefa verib. Növbəti prezident seçkisi keçirilənə qədər Kataloniya klubuna Karles Tuskets rəhbərlik edəcək.(qol)







İspaniya L.L.