24 oktyabr 2024. Cümə axşamı

Barselona'ya qol vursam, qeyd etməyəcəm


Barselona'ya qol vursam, qeyd etməyəcəm

"Atletiko”nun futbolçusu Luis Suares komandası haqda təəsüratlarını bölüşüb və əvvəlki klubu “Barselona” barədə danışıb.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Madrid təmsilçisini sevdiyini və Kataloniya klubuna qol vuracağı halda bunu qeyd etməyəcəyini deyib:

“Burada özümü çox yaxşı hiss edirəm. Əvvəlcə, bu keçidin köçmək, ailəmə uyğun məktəb, ev tapmaq kimi çətinliklər vəd edən tərəfləri görünürdü. Ancaq klub mənə çox kömək oldu. Həyatımı çox asanlaşdırdı. “Atletiko” haqda hər şeyi sevirəm.

“Barselona”ya qol vursam, qeyd edəcəyəm? Xeyr. Keçmiş komanda yoldaşlarıma və kluba hörmət etdiyimə görə bu, olmaz. Bir çox dostuma qarşı oynamaq mütləq xüsusi olacaq. Ancaq çıxış etdiyim bütün komandaların rənglərini qorduğum üçün “Atlketiko”nun da rənglərini ölənədək qoruyacağam”.

Qeyd edək ki, “Atletiko” sentyabr ayında uruqvaylı oyunçu ilə 2 illik müqavilə imzalayıb.(qol)







İspaniya L.L.

Ayın futbolçusu adına namizədlər
  • İspaniya L.L.
  • 22:07 23.10.2024
Ayın futbolçusu adına namizədlər
Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi