15 may 2026. Cümə

Ter Ştegen milliyə çağrılmadı


Ter Ştegen milliyə çağrılmadı

"Barselona"nın və Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen yığmanın noyabr ayındakı matçlarında iştirak etməyəcək.

Corner.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Millinin baş məşqçisi Yoahim Löv qapıçılardan Manuel Noyer (“Bavariya”), Kevin Trapp (“Ayntraxt”) və Bernd Lenonu (“Arsenal”) yığmaya dəvət edib.

Bildirilib ki, Löv və Almaniya Futbol Federiyasınin birgə qərarı ilə 28 yaşlı qapıçı milliyə çağırılmayıb. Onun zədədən tam sağalması üçün bu addım atılıb. Alman qapıçının “Barselona”da yığmadakından daha intensiv işləyəcəyi vurğulanıb.

Qeyd edək ki, Ter Ştegen dizindəki problem səbəbindən əməliyyat olunduğu üçün bir neçə aydır meydana çıxmır.(qol)







İspaniya L.L.

 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı