5 oktyabr 2026. Bazar ertəsi

Ramos qərarını verdi


Ramos qərarını verdi

"Real Madrid"in kapitanı Serxio Ramos komandada qala bilər.

Corner.az  "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi karyerasını "kral klubu"nda başa vurmaq niyyətindədir.

İspaniyalı futbolçu Madrid təmsilçisi ilə 2021-ci ilin yayınadək olan müqaviləsinin müddətini daha 2 il uzatmaq istəyir. Klubun prezidenti Florentino Peres isə ona 1+1 illik sözləşmə təklif edilməsinin tərəfdarıdır.

Qeyd edək ki, daha əvvəl PSJ, "Yuventus", "Mançester Yunayted" və "Mançester Siti"nin təcrübəli futbolçunun xidmətində maraqlı olduğu bildirilib.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”