24 noyabr 2024. Bazar günü

Messi millidəki çıxışından razıdır


Messi millidəki çıxışından razıdır

"Barselona"nın futbolçusu Lionel Messi Argentina yığmasındakı çıxışından razı qalıb.

Corner.az-ın məlumatına görə, bu barədə 33 yaşlı hücumçu səfərdə Perunu 2:0 hesabı ilə yendikləri dünya çempionatının seçmə oyununun ardından açıqlama verib.

Messi bildirib ki, evdə Paraqvayla 1:1 hesablı heç-heçə etdikləri matçdan bir neçə gün sonra bu qələbə məmnunedicidir: "Görüşün əvvəlindən komandamız əla oyun sərgilədi. Qollar vurduq və çoxlu imkanlar yaratdıq. Fikrimcə, eyni ruhda davam edəcək və hətta səviyyəmizi bir qədər də yüksəldəcəyik. Məhz bu cür irəliləmək lazımdır. Tədricən komanda kimi daha güclü oluruq".

Təcrübəli futbolçu hər dəfə yığmaya gələrkən, var gücü ilə çalışdığını və milli komanda forması ilə mübarizə aparmağa hazır olduğunu vurğulayıb: "Özümü yaxşı hiss edir və çalışmaqda davam edirəm".

Qeyd edək ki, hazırda Argentina yığması 4 oyundan 10 xalla Cənubi Amerika zonasında 2-ci yeri tutur. İlk pillədə 12 xalla Braziliya qərarlaşıb.







İspaniya L.L.

Yamal komanda ilə məşq etmədi
  • İspaniya L.L.
  • 16:16 21.11.2024
Yamal komanda ilə məşq etmədi
Endrik "Real Madrid"i tərk etməyəcək
  • İspaniya L.L.
  • 15:28 21.11.2024
Endrik "Real Madrid"i tərk etməyəcək