“Real”ın koronavirusa yoluxan futbolçuları – Eden Hazard və Eder Militao sağalıb.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hər iki futbolçunun sonuncu COVİD-19 testinin nəticəsi mənfi çıxıb və onlar artıq klubun bazasına qayıdıblar.
Hazardla Militanonun komanda ilə məşqlərə başladığı da vurğulanıb Bu isə sözügedən futbolçularım “Vilyarreal”la qarşılaşmada iştirak edəcəyi deməkdir.
Qeyd edək ki, “Vilyarreal” – “Real” matçı noyabrın 21-də keçiriləcək.