"Barselona” La Liqanın 10-cu turu çərçivəsində qarşılaşacağı “Atletiko” ilə oyuna ciddi itkilərlə çıxacaq.
Corner.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçuları Serxio Buskets, Samuel Umtiti və Ansu Fati Madrid klubu ilə görüşü buraxmalı olacaqlar.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda hər üç futbolçunun zədə səbəbindən komandaya kömək edə bilməyəcəyi vurğulanıb.
Bir aydır zədə səbəbindən oynamayan Filippe Koutinyonun adı isə iştirak ərizəsinə daxil edilib.
Qeyd edək ki, bu gün keçiriləcək “Atletiko” - “Barselona” matçına Bakı vaxtı ilə 24:00-da start veriləcək.