30 iyun 2026. Çərşənbə axşamı

Real xal itirdi, Barselona Atletiko'ya uduzdu


Real xal itirdi, Barselona Atletiko'ya uduzdu
İspaniya La Liqasında 10-cu turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, bu gün daha dörd görüş baş tutub.
 
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Vilyarreal” bu turda “Real”ı qəbul edib. Bu oyunda heç-heçə qeydə alınıb. “Levante” – “Elçe” görüşü də qalıb müəyyənləşməyib. 
 
Turun mərkəzi görüşü Madriddə keçirilib. “Atletiko” öz meydanında “Barselona” ilə qarşılaşıb. Paytaxt təmsilçisi bu oyunda minimal hesablı qələbə ilə ayrılıb. 
 
“Sevilya” isə “Selta” ilə bol qollu oyundan qalib ayrılıb.
 
İspaniya La Liqası
10-cu tur
20 noyabr
 
Osasuna – Hueska 1:1
Qol: D.Qarsiya, 68 – S.Ramires, 5.
 
21 noyabr
 
Levante – Elçe 1:1
Qol: Melero, 12 – Tete, 64.
 
Vilyarreal – Real 1:1
Qol: Moreno, 76-pen – Mariano, 2.
 
Sevilya – Selta 4:2
Qol: Kunde, 5. En Nesiri, 45+3. Eskudero, 85. El haddadi, 87 – Aspas, 10. Nolito, 36.
 
Atletiko – Barselona 1:0
Qol: Karrasko, 45+3.
 






İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"