"Barselona” daha bir ciddi itki ilə üzləşib.
Corner.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Serxi Roberto sıradan çıxıb.
O, İspaniya La Liqasının 10-cu turunda Madrid “Atletiko”suna 0:1 hesabıyla uduzduqları oyunda zədələnib.
Roberto ətraflı müayinədən keçib. Klubun mətbuat xidmətinin məlumatına görə, sağ ayaq əzələsindən zədə alan futbolçunun durumu ciddidir. 28 yaşlı futbolçunun iki aya yaxın yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Serxi Roberto bu mövsüm 10 oyunda meydana çıxıb.
Əlavə edək ki, “Barselona” “Atletiko” ilə oyunda müdafiəçi Jerar Pikeni də itirib.