6 dekabr 2025. Şənbə

Qrizmann Barselona'nın bu təklifini qəbul etməyəcək


Qrizmann Barselona'nın bu təklifini qəbul etməyəcək

"Barselona”nın futbolçusu Antuan Qrizmann klubun onun saç düzümünü dəyişdirməyi istədiyi təqdirdə, bu təklifi qəbul etməyəcək.

Corner.az xəbər verir ki, bu barədə  29 yaşlı hücumçu İspaniya mətbuatına açıqlamasında bildirib. O, karyerasının böyük bir hissəsini uzun saçlarla keçirdiyini deyib. Fransalı oyunçu Kataloniya klubuna transfer olunduqdan indiyə kimi saçlarını uzatmağa davam etdiyini söyləyib.

Qrizmann həyat yoldaşı və uşaqlarının da onu belə stildə bəyəndini bildirib.

Qeyd edək ki, “Barselona” azarkeşləri  Qrizmannın uzun saçları olduğu üçün onun istədiyi oyunu nümayiş etdirmədiyini düşünür.







İspaniya L.L.