30 yanvar 2026. Cümə

La Liqanın lideri David Silvanı itirdi


La Liqanın lideri David Silvanı itirdi
“Real Sosyedad” klubu ciddi itki ilə üzləşib.
 
Corner.az xəbər verir ki, La Liqa liderinin futbolçusu David Silva sıradan çıxıb.
 
Ötən mövsümün sonunda “Mançester Siti”dən transfer edilən 34 yaşlı yarımmüdafiəçi zədə səbəbindən komandasının qarşıdakı bir neçə matçını buraxacaq. Həkimlər Silvanın arxa ayaq əzələsindən xəsarət aldığını açıqlayıb.
 
Silva ilə yanaşı, Con Quridini də itirib. Silva “Kadis”lə çempionat matçında sıradan çıxıbsa, Quridi son məşqlərin birində zədələnib. Hər iki oyunçu bir müddət məcburi istirahət edəcək. Amma onların dəqiq sıraya dönəcəyi tarix bilinmir.
 
Qeyd edək ki, La Liqanın ilk 10 oyununda 23 xal toplayan “Real Sosyedad” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.






İspaniya L.L.

“Real Madrid”in yay planı
  • İspaniya L.L.
  • 20:01 28.01.2026
“Real Madrid”in yay planı