18 avqust 2026. Çərşənbə axşamı

Atletiko'da Kosta şoku


Atletiko'da Kosta şoku
"Atletiko”nun hücumçusu Dieqo Kosta uzun müddət yaşıl meydanlardan uzaq qala bilər.
 
Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu dərin damar trombozundan əziyyət çəkir.
 
Bu barədə “Daily Mail” məlumat yayıb. Məlumatda, Kostanın 6 ay yaşıl meydanlardan uzaq qala biləcəyi qeyd olunub.
 
Braziliya əsilli ispaniyalı hücumçu koronavirusa yoluxduqdan sonra onda dərin damar trombozu yaranıb və bunun müalicəsi  ən azı 3-6 ay çəkir.
 
Kosta bu mövsüm “Atletiko” ilə La Liqada 5 oyunda 1 qol vurub.






İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib