30 iyun 2026. Çərşənbə axşamı

Atletiko'dan qələbə, Real xal itirdi


Atletiko'dan qələbə, Real xal itirdi
İspaniya La Liqasında 11-ci turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.
 
“Elçe” – “Kadis” matçında tərəflər hərəyə 1 qol və 1 xalla ayrılıblar. Turun maraqla gözlənilən qarşılaşmasında “Atletiko” səfərdə “Valensiya”nın qonağı olub. Madrid təmsilçisi bu oyunda minimal hesabla qalib gəlib. “Sevilya” da “Hueska” səfərindən oxşar nəticə ilə dönüb. “Real” isə öz meydanında “Alaves”lə üz-üzə gəlib və məğlubiyyətlə ayrılıb.
 
İspaniya La Liqası
11-ci tur
27 noyabr
 
Valyadolid – Levante 1:1
Qol: M.Andre, 57 – Kampana, 83-pen.
 
28 noyabr
 
Elçe – Kadis 1:1
Qol: Boye, 38 – Alvaro, 55.
 
Valensiya – Atletiko 0:1
Qol: Lato, 79-öz qapısına.
 
Hueska – Sevilya 0:1
Qol: En Nesiri, 83.
 
Real – Alaves 1:2
Qol: Kazemiro, 86 – L.Peres, 5-pen. Xoselu, 49.






İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"