24 oktyabr 2024. Cümə axşamı

Setyen Barselonanı məhkəməyə verir


Setyen Barselonanı məhkəməyə verir

"Barselona"nın keçmiş baş məşqçisi K.Setyen klubu məhkəməyə verib.

Corner.az-ın məlumatına görə, bu barədə “Catalunya Radio” məlumat yayıb.

Məlumatda bildirilir ki, sabiq baş məşqçi vəzifəsindən çıxarılmasına görə Kataloniya təmsilçisindən təzminat almaq istəyir.

Daha əvvəl vurğulanıb ki, "Barselona" Setyenin vəzifəsindən çıxarılmasını yalnız baş məşqçinin vəzifəsindən azad olunmasından 1 ay sonra rəsmiləşdirib. Setyenin vəkilləri klubdan kompensasiya kimi 4 milyon avro tələb edəcəklər.

Setyenin açıqlamasında deyib ki, "Barselona" prezidenti Xosep Maria Bartomeu heç vaxt ona vəzifəsindən çıxarılma şərtləri haqqında məlumat verməyib.

Qeyd edək ki, Setyen "Barselona"nı bu il 13 yanvardan çalışdırıb.







İspaniya L.L.

Ayın futbolçusu adına namizədlər
  • İspaniya L.L.
  • 22:07 23.10.2024
Ayın futbolçusu adına namizədlər
Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi