24 mart 2026. Çərşənbə axşamı

Barselona'nın sabiq prezidenti də namizəd oldu


Barselona'nın sabiq prezidenti də namizəd oldu
Xuan Laporta yenidən “Barselona”nın prezidenti ola bilər.
 
Corner.az xəbər verir ki, 2003-2010-cu illər aralığında Kataloniya klubuna rəhbərlik etmiş 58 yaşlı funksioner gələn ilin yanvarında baş tutacaq prezident seçkiləri üçün namizədliyini irəli sürdüyünü açıqlayıb.
 
O, bu xəbəri və gələcək planlarını təşkil etdiyi mətbuat konfransında açıqlayıb. Laporta komandadan ayrılması gözlənilən Lionel Messini komandada saxlamaq üçün əlindən gələni edəcəyini bəyan edib. O, prezident seçiləcəyi təqdirdə Xavinin bu komandaya baş məşqçi gətirilməsi variantını da istisna etməyib. Amma sabiq prezident indiki baş məşqçi Ronald Kumana da yetərincə zaman veriləcəyini vurğulayıb.
 
Qeyd edək ki, “Barselona”da prezident seçkiləri yanvarın 24-də keçiriləcək. Laporta ilə yanaşı, daha 9 nəfər Kataloniya klubuna rəhbərlik etməyə iddialıdır. 






İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi