6 dekabr 2025. Şənbə

Suares koronavirusa qalib gəldi


Suares koronavirusa qalib gəldi
 Uruqvay millisinin və “Atletiko”nun hücumçusu Luis Suares koronavirusa qalib gəlib.
 
Corner.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Məlumatda, 33 yaşlı forvardın sonuncu COVİD-19 testinin neqativ çıxdığı bildirilib. Suares, dekabrın 4-dən etibarən komanda ilə məşqlərə başlayacaq.
 
Qeyd edək ki, Suares koronavirusa noyabrın 17-də Uruqvay yığmasının düşərgəsində olarkən yoluxmuşdu.






İspaniya L.L.