24 oktyabr 2024. Cümə axşamı

Real'ın sabiq futbolçusu müflis oldu


Real'ın sabiq futbolçusu müflis oldu

"Real Madrid"in sabiq futbolçusu Royston Drente müflis elan edilib.

Corner.az  "Voetbalzone" nəşrinə istinadən xəbər verir ki, bu barədə qərarı Niderland məhkəməsi verib.

Məhkəmə 33 yaşlı cinah oyunçusunun maddi durumuna nəzarət edən kurator təyin edib. Drente açıqlamasında işin incəliklərini bilmədiyini vurğulayıb. O vəkilinin tətildə oldğunu və baş verənlərin səhlənkarlıq ucbatından yarana biləcəyini söyləyib. Drente deyib ki, hər şey düzgün şəkildə həll ediləcək.

Qeyd edək ki, Royston Drente 2017-ci ildə rəsmi müqavilə bağlamadığı, sadəcə etibarına güvəndiyi futbol agenti Sigi Lensə görə külli miqdarda pul itirib.

Hazırda Niderlandın "Kozakken Boyz" komandasında oynayan futbolçu 2007 - 2012-ci illərdə "Real Madrid"in formasını geyinib.







İspaniya L.L.

Ayın futbolçusu adına namizədlər
  • İspaniya L.L.
  • 22:07 23.10.2024
Ayın futbolçusu adına namizədlər
Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi