"Real”ın baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda “kral klubu”ndan ayrılacaq.
Corner.az xəbər verir ki, bu barədə “Diario Gol” nəşri məlumat yayıb.
Məlumatda, Zidanın “Real”ın rəhbərliyinin transfer vədlərini yerinə yetirmədiyi üçün baş məşqçi postundan ayrılacağı vurğulanıb.
“Real” rəsmiləri mövsümün əvvəlində Zidana Pol Poqba, Sadio Mane və Eduardo Kamavinqanın komandaya transfer ediləcəyini desələr də, bu keçidlər baş tutmayıb.
Zidan bu səbəbdən “Real”la qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verəcək.
Qeyd edək ki, fransalı mütəxəssis 2019-cu ilin martından komandaya baş məşqçilik edir