15 may 2026. Cümə

Barselona'da Koutinyo şoku


Barselona'da Koutinyo şoku
“Barselona” klubu ciddi itkiylə üzləşib.
 
Corner.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Filippe Koutinyo sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Braziliyalı yarımmüdafiəçi La Liqanın 16-cı turu çərçivəsində “Eybar”a qarşı keçirilən oyunun 90+2-ci dəqiqəsində zədələnib və meydanı tərk edib. Koutinyo 66-cı dəqiqədə Miralem Pyaniçin əvəzinə meydana daxil olmuşdu. 28 yaşlı futbolçunun son durumu tibbi müayinədən sonra bəlli olacaq.
 
Həkimlərin ilkin rəyinə görə, Koutinyonun sol ayağının meniski zədələnib. Bu isə futbolçunun 4 aya yaxın yaşıl meydanlardan uzaq qalmasına səbəb ola bilər.
 
“Barselona” – “Eybar” matçı 1:1 hesabıyla bitib.







İspaniya L.L.

 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı