- İspaniya L.L.
- 22:56 22.11.2024
La Liqanın 16-cı turunda “Elçe” ilə matç (1:1) “Real”ın yarımmüdafiəçisi Luka Modriç üçün əlamətdar olub.
Corner.az “Opta Sports”a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi 20-ci dəqiqədə rəqibini başla vurduğu zərbə ilə məyus edib. Bu isə Madrid təmsilçisinin heyətində 364 matça çıxan xorvatiyalı oyunçunun başla vurduğu ilk qol olub.
Modriç ümumilikdə “Real”ın heyətidə 26 dəfə fərqlənməyi bacarıb.
Qeyd edək ki, Modriç 2012-ci ildən “kral klubu”nda çıxış edir.