“Atletiko” klubunun futbolçusu Kiran Trippyerin cəzası dondurulub.
Corner.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Xəbərdə, İngiltərə Futbol Assosiasiyasının (FA) 10 oyunluq diskvalifikasiya etdiyi müdafiəçinin cəriməsinin FİFA tərəfindən dondurulduğu bildirilib.
FA Trippyeri “Tottenhem” klubundan Madrid təmsilçisinə keçərkən mərc qaydalarını pozduğu üçün 10 oyunluq diskvalifikasiya etmişdi. “Atletiko” bir müddət əvvəl bu cəzanın futbolçunun İngiltərə yığmasındakı və ya Premyer Liqadakı matçlarına şamil edilməsi üçün FİFA-ya müraciət etmişdi.
Qeyd edək ki, Trippyer “Atletiko”ya 2019-cu ilin yayında transfer olunub.